“Polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib” - Zahid Oruc

“Polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib” - Zahid Oruc

“Polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Zahid Oruc deyib.

 

Millət vəkili bildirib ki, son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildə dövlətimizə verdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davamıdır:

 

“İlk növbədə onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər. Hadisənin xronologiyası, zaman seçimi Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə- 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsi, özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir.Göründüyü kimi, yaddaşımızı təzələyənlər “Şüvəlanı-yeni Nardaran”a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri bir kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər”.

 

Z.Orucun fikrincə, bu şəxslər Bakı kəndləri amilini işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd etməklə hakimiyyətə qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər:  

 

““Şüvəlan-Gəncə paralellərini” yaratmaqla, Gəncə hadisəsini, 2018-ci illə təxminən eyni vaxtda - 3 iyulda baş verən terror aktını xatırlatmaqla, biz varıq, hər yerdəyik çağırışları ilə 44 gündə məğlub olan qüvvələr daxildə cəbhə açmağa fürsət axtarırlar. Onlar dünən Söyüdlü kəndində idilər, bu gün Şüvələnda, sabah digər ərazilərdə toqquşma ocağı yaradıb ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin - Rövşən Allahverdiyevin- Yunis Səfərov adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur. Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu və qurucusu olaraq qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Gəncədə ağır qəza: ölən var

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hər...

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qəra...

Bir sıra sahələrdə qiymətlər tənzimlənib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə...

Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni ...

"Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.   Sfera.az idman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı...

SOCAR “Avro-5” standartlarına uyğun benzin istehsalına başlayacaq

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənq...