"O müəllimlərin əməkhaqları 20 faiz artırılsın" - Millət vəkilindən TƏKLİF

"O müəllimlərin əməkhaqları 20 faiz artırılsın" - Millət vəkilindən TƏKLİF

"O müəllimlərin əməkhaqları da 20 faiz artırılmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.

 

Millət vəkili sertifikasiya balına görə müəllimlərin əməkhaqqının artırılma qaydasınada dəyişiklik edilməsini təklif edib:

 

“Bildiyimiz kimi, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Lakin arada 20 bal fərq var. 40-50 arası bal toplayan müəllimlərin əməkhaqları 20 faiz artırılmalıdır”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR