"Prezidentin rəhbərliyi ilə Milli Məclis üstünə düşən missiyanı layiqincə yerinə yetirdi" - Ceyhun Məmmədov

"Prezidentin rəhbərliyi ilə Milli Məclis üstünə düşən missiyanı layiqincə yerinə yetirdi" - Ceyhun Məmmədov

"Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərdir. Bəzi qrupların Milli Məclisin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi özünü açıq göstərir”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

 

“Məlum olduğu kimi, Dünən Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxaraq Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab etdi. Parlamentin fəaliyyətini təhlil edərkən bir neçə vacib məqama diqqət çəkmək istəyirəm. Fəaliyyəti müddətində parlament bir neçə parlament ittifaqına rəhbərlik edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında Azərbaycan Parlamenti üzərinə düşən işi ləyaqətlə yerinə yetirib. Ötən dövrdə Parlament həm xaricdə, həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib. Sahibə xanım, siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz. 

 

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”, - millət vəkili bildirib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR