İnger Andersen: "UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq"

İnger Andersen: "UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq"

"Biz UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq. Hər COP konfransının özünəməxsus xarakteri var".


Sfera.az xəbər verir ki, bu sözləri COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen jurnalistlərə müsahibəsində deyib.

 

“İqlim məsələsinə gəldikdə isə Azərbaycan lider ölkə sayıla bilər. Azərbaycan COP29 konfransına ev sahibliyi etmək üçün könüllü təşəbbüs göstərdi. Bu tədbirə ev sahibliyi edən hər bir ölkə öz səxavətliliyini, xeyirxahlığını və liderliyini nümayiş etdirir. Bu COP konfransında biz Azərbaycanın ruhunu və mədəniyyətini hiss edirik. Biz bilirik ki, Bakı Olimpiya Stadionu COP tədbiri çərçivəsində möhtəşəm bir məkana çevriləcək. Həmçinin başa düşürük ki, Azərbaycan öz tarixini, ənənələrini və milli təamlarını nümayiş etdirmək niyyətindədir. Bütün dünya ictimaiyyəti bunu səbirsizliklə gözləyir”, - İ.Andersen bildirib.

 

UNEP-in icraçı direktoru Azərbaycanın yaşıl enerjiyə 2 milyard dollar sərmayə yatırdığını, neft ölkəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində böyük addımlar atmaqda olduğunu qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Sabahdan bu avtomobillərin fəaliyyəti qadağan edilir

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...

Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO

Məhərrəm ayı yaxınlaşdığından restoranlarda sifarişlərin sayı da artıb.   Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7 faiz artıb. ...

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə ol...

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmə...

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir.    Sfera.az x...

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...