"Ukrayna sülh planı hazırlayacaq, çünki..." - Volodimir Zelenski

"Ukrayna sülh planı hazırlayacaq, çünki..." - Volodimir Zelenski

"Kiyev Ukrayna Silahlı Qüvvələrinin sıralarında böyük itkilər olmaması üçün münaqişəni uzatmaq istəmir". 


Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitinə gələrkən deyib.

 

Zelenski vurğulayıb ki, Ukrayna növbəti sülh sammiti üçün münaqişənin həlli planını hazırlamağı düşünür: “Biz bu müharibənin illər boyu davam etməsini istəmirik. Ona görə də, bu sülh planını ikinci sammitə hazırlamaq istəyirik”.

 

Eyni zamanda, Zelenski İsveçrədəki konfransdan sonra Kiyevin Moskva ilə heç bir əlaqə qurmadığını bildirib.

 

Xatırladaq ki, iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyində çıxış edən Vladimir Putin bir sıra şərtlərlə sülh təklif edib:

 

"Kiyev qoşunlarını Luqansk, Donetsk, Xerson, Zaporojye ərazilərindən çıxarmalıdır. Ukrayna NATO-ya daxil olmamalıdır. Kiyev bu şərtlərlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq və sülh danışıqları başlayacaq".

 

İnci


OXŞAR XƏBƏRLƏR