Zəkani də namizədlikdən çəkildi - Sabah İranda prezident seçkiləridir

Zəkani də namizədlikdən çəkildi - Sabah İranda prezident seçkiləridir

İranda prezidentliyə namizəd Əli Rza Zəkani seçkilərdən çəkildiyini açıqlayıb. O, bu addımı mühafizəkar qanad namizədlərinin xeyrinə atdığını deyib.

 

Sfera.az bildirir ki, Zəkani bu barədə “X” sosial media hesabında paylaşım edib.

 

O, Məhəmməd Bağer Qalibaf və Səid Cəliliyə göndərdiyi mesajda onlardan uzlaşmalarını və mühafizəkarların vahid namizədlə seçkilərə girməsini təmin etmələrini xahiş edib:

 

“Hüquqi rəqabət müddətinin sonuna qədər qaldım, amma İbrahim Rəisinin yolunun davamı daha önəmlidir. Cəlili və Qalibafdan birləşmələrini xahiş edirəm. Onlardan üçüncü Ruhani hökumətinin formalaşmasına mane olmalarını tələb edirəm”.

 

Mühafizəkarların namizədlərindən biri olan Əmir Hüseyn Kadızadəhaşimi də dünən “mühafizəkar qanadın birliyini gücləndirmək üçün” seçkilərdən çəkildiyini açıqlamışdı.

 

Qeyd edək ki, İranda prezident seçkiləri sabah baş tutacaq.

 

Günay 


OXŞAR XƏBƏRLƏR