"Gənclərimizi işaxtaran kimi yox, işverən kimi görmək istəyirik" - Nazir

"Gənclərimizi işaxtaran kimi yox, işverən kimi görmək istəyirik" - Nazir

“İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır”.


Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev "Baku ID" innovasiya festivalında çıxışı zamanı bildirib.


Nazir bu gün tədbirdəki tələbələrin səhnə performansını çox bəyəndiyini bildirib:

 

“İstedad,  məncə, qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyöun gəlirsə, o insanı istedadlı saymaq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var. Buradakı gənclərimizi işaxtaran kimi yox, işverən kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işverən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...