Konstitusiya Məhkəməsi seçkilərlə bağlı QƏRAR VERDİ - YENİLƏNDİ

Konstitusiya Məhkəməsi seçkilərlə bağlı QƏRAR VERDİ - YENİLƏNDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

 

Sfera.az-ın xəbərinə görə, toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.

 

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

 

Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

 

***

10:00

 

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

 

Sfera.az-ın xəbərinə görə, iclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

 

Toplantıda aidiyyəti üzrə tərəflər iştirak edir.

 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

 

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

 

Qeyd edək ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.


OXŞAR XƏBƏRLƏR

Sabahdan bu avtomobillərin fəaliyyəti qadağan edilir

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...

Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO

Məhərrəm ayı yaxınlaşdığından restoranlarda sifarişlərin sayı da artıb.   Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7 faiz artıb. ...

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə ol...

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmə...

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir.    Sfera.az x...

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...