Hikmət Hacıyev: “Onlara revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik”

Hikmət Hacıyev: “Onlara revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik”

“Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.
 

Hikmət Hacıyev deyib: “Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.


Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.

 

Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.


OXŞAR XƏBƏRLƏR

Qarpızla dolu yük maşını dərəyə aşdı- FOTOLAR

Şamaxıda yol qəzası baş verib.   Sfera.az Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yol...

Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi seçildi

Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidmə...

Məşhur reper doğum günündə Hüseyn Dəryanı BELƏ YAD ETDİ - VİDEO

Bu gün mərhum reper Hüseyn Dəryanın doğum günüdür.   Sfera.az  bildirir ki, "Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov bu gün münasi...

İyulda xəyanətə uğrayacaq 3 BÜRC

Astroloqlara görə, iyul ayında bəzi bürclər ətrafındakı insanlarla münasibətlərdə problem yaşaya, xəyanətə uğraya və aldadıla bilərlər.   Sfera.az xa...

Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.   Sfera.az türk mediasına istinadən xəbər verir k...

Məktəblilərimiz 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər - FOTOLAR

25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 13...