Şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda OLDULAR

Şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda OLDULAR

26 İyun- Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.


Sfera.az xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək Mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Həmçinin birinci Qarabağ müharibəsi Şəhidlərinin xiyabanı ziyarət edilib.

 

Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.

 

Tədbirin sonunda Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda ifaları ilə unudulmaz anlar yaşadıblar

 

Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.


OXŞAR XƏBƏRLƏR

Qarpızla dolu yük maşını dərəyə aşdı- FOTOLAR

Şamaxıda yol qəzası baş verib.   Sfera.az Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yol...

Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi seçildi

Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidmə...

Məşhur reper doğum günündə Hüseyn Dəryanı BELƏ YAD ETDİ - VİDEO

Bu gün mərhum reper Hüseyn Dəryanın doğum günüdür.   Sfera.az  bildirir ki, "Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov bu gün münasi...

İyulda xəyanətə uğrayacaq 3 BÜRC

Astroloqlara görə, iyul ayında bəzi bürclər ətrafındakı insanlarla münasibətlərdə problem yaşaya, xəyanətə uğraya və aldadıla bilərlər.   Sfera.az xa...

Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.   Sfera.az türk mediasına istinadən xəbər verir k...

Məktəblilərimiz 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər - FOTOLAR

25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 13...