"ABŞ qorxmur və açıq şəkildə göstərir ki, Rusiyadan sonrakı hədəfi o ölkədir" - AÇIQLAMA

"ABŞ qorxmur və açıq şəkildə göstərir ki, Rusiyadan sonrakı hədəfi o ölkədir" - AÇIQLAMA

ABŞ Çini dünya düzənini dəyişmək imkanına malik yeganə ölkə kimi dəyərləndirib. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbel danışıb.  “Co Bayden administrasiyası əmindir ki, Çin dünya nizamını dəyişmək niyyətində olan və bunu etmək üçün böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir”, o deyib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Çinin dünyanın nizamını dəyişməyə qadir ölkə olması mümkündür:

 

“Çünki Çin son 20 ildə, xüsusən də beynəlxalq siyasətə təsir imkanlarını artırıb. Rəsmi Pekinin həm ordu potensialı kifayət qədər yüksəkdir, həm də iqtisadi-siyasi imkanları genişdir. Çin BRİKS-in üvzüdür (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), Şanxay Əməkdaşlıq Təşkilatının əsas aparıcı simalarından biri sayılır. Bu ölkə həm də BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridir. Onun kifayət qədər maliyyə kapitalı var. Afrikanın 54 ölkəsinin demək olar, hər birində Çinin həm diplomatik nümayəndəlikləri, həm də iqtisadi imkanları mövcuddur. Çin son dövrlər Latın Amerikasına əhəmiyyətli maliyyə yatırımı edir. Yaxın Şərqə də böyük maraq göstərir”.

 

Ekspert xatırladıb ki, Çin Ukrayna ilə bağlı 8 maddəlik nizamlanma doktrinası ortaya qoyub:

 

“Bununla ciddi bir irəliləyişə nail olmağın mümkünlüyünü sübut etməyə çalışır. Bunların hər biri onu göstərir ki, Çin ABŞ-yə rəqib ola biləcək dövlətə çevrilir. Amma onun da “yumşaq qarnı” var. Bu, həm Tayvan məsələsidir, həm də Şərqi Türküstan - Sintszyan-Uyğur vilayətidir. ABŞ də bundan istifadə edir. Eyni zamanda, rəsmi Vaşinqton son vaxtlar Çin ətrafında Yaponiyanı silahlandırmaqla, Cənubi Koreyanı gücləndirməklə, həmçinin, AUKUS paktını imzalamaqla (15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı..Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər) Pekinə ciddi bir həmlə etməyə çalışır. Bu baxımdan düşünmürəm ki, ABŞ tam olaraq Çindən çəkinir. ABŞ hesabladığı strafteji gedişləri düzgün dəyərləndirməyə, Rusiyadan sonra gələcək hədəfinin Çin olduğunu göstərməyə çalışır. Bunu artıq açıq şəkildə ifadə edirlər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...