"Ərəb ölkələri və İran İsrailə müharibə elan edə bilər" - AÇIQLAMA

"Ərəb ölkələri və İran İsrailə müharibə elan edə bilər" - AÇIQLAMA

“Yaxın Şərqdə İsraillə HƏMAS və Hizbullah arasında xeyli müddətdir, davam edən müharibə yaxın gələcəkdə bitənə oxşamır”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, vəziyyət getdikcə gərginləşir:

 

“Belə bir şəraitdə gələcəkdə fərqli aktorların da müharibəyə qoşulması mümkündür. Nəzərə almaq lazımdır ki, Livana qarşı əməliyyatlar da məhz döyüşlərin genişlənməsinin təzahürüdür. İsrail daxildəki hərbi – siyasi gərginliyə baxmayaraq, hələ ki dayanana oxşamır. Bu isə perspektivdə ən azı nəzəri cəhətdən Təl-Əvivlə Tehran arasında müharibənin başlanmasını istisna etmir. Perspektivdə ərəb dünyası və müsəlman ölkələrinin əksəriyyətinin İsrailə müharibə elan etməsi mümkündür”.

 

Müsahibimiz bildirib ki, Hizbullah İrandan ciddi dəstək alır:

 

“Bu isə o deməkdir ki, rəsmi Tehran artıq proseslərin birbaşa iştirakçısıdır. Ölkədə yeni prezident seçilənə və yeni hökumət qurulana qədər, yəqin ki, İran İsraillə müharibəyə birbaşa qoşulmaqdan çəkinəcək. Hazırda bu, İrana lazım deyil. Hərçənd bəzi qüvvələr, xüsusilə ABŞ İranı müharibəyə çəkməyə çalışa bilər. İranla İsrail arasında mümkün müharibə dünyada davam edən katakilizmləri daha da gücləndirəcək. Azərbaycan bu ssenarinin qarşısını almaq üçün indidən səy göstərməlidir”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...