Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro AYIRACAQ

Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro AYIRACAQ

Bu gün Bakıda Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minalarla mübarizə üzrə ekspertlərini bir araya gətirən ilk tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, Aİ əlavə 10 milyon avro ayıracaq və humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına kömək edəcək, bununla da Azərbaycanda minatəmizləmə prosesinə dəstəyi gücləndirəcək.

 

Bu təşəbbüs COP29 ərəfəsində ölkədə humanitar minatəmizləməni dəstəkləmək üçün Aİ-nin daha geniş səylərinin bir hissəsidir.

 

Bu məqsədlə bu gün Aİ-nin Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində ANAMA-nın təşkil etdiyi ilk seminar ittifaqa üzv dövlətlər və tərəfdaşlarından olan ekspertlərlə qabaqcıl təcrübələrin, əldə edilmiş biliklərin və innovativ həllərin mübadiləsi üçün platforma təklif edir.

 

Seminar çərçivəsində Sloveniya və Bosniya və Herseqovinadan olan ekspertlər strateji planlaşdırma, minalarla mübarizədə gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşüblər.

 

Aİ Azərbaycana ölkədəki mina problemini həll etmək üçün maliyyə dəstəyini artırmağı planlaşdırır. Bununla əlaqədar 2024-2025-ci illər üçün proqram çərçivəsində əlavə 10 milyon avronun ayrılması nəzərdə tutulur.

 

Bu kontekstdə bugünkü tədbir regionda bilik mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına və fəaliyyətə başlamasına dəstək məqsədi daşıyan tədbirlər silsiləsindən birincisidir. ANAMA tərəfindən idarə olunan Mərkəzin ixtisaslaşmış təlim bazalarına, tədqiqat və təkmilləşdirmə imkanlarına malik olacağı və minalardan təmizləmə sektorunda ən son texnika və texnologiyalara yönəlmiş milli və beynəlxalq kadrlar üçün təlim proqramları təklif edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...