"Bütün hüquq-mühafizə orqanlarımızda yeni təlimlər keçirilsin" - MM-də TƏKLİF

“Təhlükəsizliyin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, ordu ölkənin dayağıdır:
"Çünki ordu ölkənin möhkəmlənməsinə, onun qorunmasına xidmət edən ən güclü amildir. Eyni zamanda təhlükəsizlik məsələsi dünyanın bir nömrəli məsələsinə çevrilib. Müşahidə edirik ki, digər yönümlərdə terror aktları baş verir. Dini yönümdə həyata keçirilən terrorlar birazdan etnik yönümə keçəcək. Ölkələri daxildən parçalamaq, zəiflətmək, insanların başını qatmaq və özlərinə tabe etdirmək böyük dövlətlərin taktikasıdır. Təbii ki, Azərbaycanda bu kimi halların qarşısı yüksək səviyyədə alınır. Lakin yeni texnologiya tələb olunur. Digər - böyük dövlətlərin texnologiyaları bizdən üstündür. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarımız yeni təlimləri, texnologiyaları öz sıralarında tətbiq etməlidir”.
Firuzə Əliyeva