Milli Məclisin iclası BAŞA ÇATDI - YENİLƏNİB

Milli Məclisin iclası BAŞA ÇATDI - YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclası başa çatıb.

 

Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 17 məsələ müzakirə olunub.

 

***


11:00

 

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir.

 

Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələ daxil edilib.

 

Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:


1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 

 

4. “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

 

5. “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

 

6. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 

 

7. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 

 

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

9. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

15. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

 

17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Elnur Hidayətoğluna ağır itki üz verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğluna ağır itki üz verib.   Sfera.az ...

Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Antiterror əməliyyatı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Şorsulu kənd...

Baydendən Nəsrullahın öldürülməsi ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib....

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesin...

Həmkarları Ahu Tuğba ilə vida mərasiminə qatılmadı

Xəbər verdiyimiz kimi, mərhum aktrisa Ahu Tuğbanın cənazəsi 25 gün sonra Türkiyəyə gətirilib.   Sfera.az-ın məılumatına görə, bu gün mərhumla vida mə...

Nəsrullahın ölümü onlara açıq siqnaldır

“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.   Sfera.az xəbər verir ki, bu barədə...