“Separatçılarla bağlı ibtidai istintaq başa çatdı” - Baş prokuror

“Separatçılarla bağlı ibtidai istintaq başa çatdı” - Baş prokuror

“Separatçılarla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb”.

 

Sfera.az bildirir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib. O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

 

K.Əliyevin sözlərinə görə, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:

 

“Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...