"Tramp prezident seçilsə, ikinci variantı seçəcək, bu da Ukrayna üçün..." - AÇIQLAMA

“Prezident seçkilərində qalib gələndən az sonra, Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyəm”. 

 

Sfera.az xəbər verir ki, bunu Ağ Evin sabiq rəhbəri Donald Tramp Filadelfiyada tərəfdarlarının mitinqində çıxışı zamanı deyib. 

 

Maraqlıdır, Tramp qalib gələrsə, Ukrayna savaşı bitəcəkmi?

 

Bununla bağlı saytımıza açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki,  ABŞ-də prezident seçkiləri uğrunda gərgin rəqabət gedir və hazırkı dövlət başçısı Co Baydenin reytinqi getdikcə azalır. Şərhçinin sözlərinə görə, onun əsas rəqibi kimi Respublikaçı Donald Tramp görünür:

 

“Hərçənd sürpriz bir şəxsin meydana çıxacağı və hətta qalib gələcəyi də mümkündür. ABŞ tarixində belə hallar çox olub. Tramp əvvəllər də dəfələrlə prezident seçiləcəyi təqdirdə, müharibəni bitirəcəyi barədə açıqlama verib. Sözsüz ki, bu, onun seçki kampaniyasının əsas istiqamətidir. Tramp bu yolla həm daxili, həm də xarici tərəfdarlarının sayını artırmağa çalışır. Ümumiyyətlə, onun hakimiyyəti dövründə ABŞ ilə Rusiya arasında münasibətlər indikinə nisbətən daha yaxşı olub. Tramp Moskva ilə münasibətləri qorumağı bacarırdı. Bayden isə Rusiyaya qarşı daha radikaldır. Şərqi Avropadakı müharibənin başlamasının əsas səbəbkarlarından biri də məhz Bayden hakimiyyəti olub”.

 

Ekspert bildirib ki, müharibənin başa çatması üçün ya Ukraynaya dəstək dəfələrlə artırılmalı, ya da tamamilə dayandırılmalıdır:

 

“Birinci halda müharibə daha da genişlənə və perspektivdə hər iki tərəfə sərf edən sülh imzalana bilər. İkinci halda isə rəsmi Kiyev təslim olmalı olacaq. Bu, Ukraynanın tamamilə işğalı deməkdir. Əgər Trampın, doğrudan da, müharibəni bitirmək fikri varsa, yəqin ki, o, hakimiyyətə gələcəyi təqdirdə ikinci variantı seçəcək. Bu isə hələ fəlakət ssenarisinin bitməsi demək deyil. Əksinə, yeni böhranlar başlayacaq”.

 

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci ilin yanvarın 20-də baş tutacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...