Rusiya ilə Şimali Koreyanın imzaladığı saziş nəyə hesablanıb? - Hərbi ekspertlər AÇIQLADI

Rusiya ilə Şimali Koreyanın imzaladığı saziş nəyə hesablanıb? - Hərbi ekspertlər AÇIQLADI

Xəbər verdiyimiz kimi, Putin Şimali Koreyaya səfəri zamanı qarşı tərəflə “Strateji Tərəfdaşlıq Sazişi” imzalayıb.

 

Sfera.az bildirir ki, bəzi ekspertlər bu sənədin izahı ilə bağlı fikirlər paylaşıb.  Qeyd olunub ki sənədə əsasən, KXDR-də Rusiyanın hərbi kontingenti və ya hərbi bazasının yerləşdirilməsi mümkündür. 

 

“Rusiya Şimali Koreyanı texnologiya çatışmazlığı səbəbindən istehsal edə bilmədiyi silahlarla təmin edə bilər. Məsələn, dördüncü və beşinci nəsil qırıcılar, təkmilləşdirilmiş nüvə sualtı ballistik raketləri, digər qitələrarası mənzilli silahlar. Yaxın gələcəkdə respublikanın BRİKS və ya KTMT-yə qoşulması ehtimalı da var. Çinlə birlikdə yeni hərbi blokun yaradılması istisna edilmir”, - hərbi analitik İqor Korotçenko bildirib.

 

O xatırladıb ki, Ukrayna qoşunlarında NATO təlimatçılarının olması və Kiyevə Qərb silahlarının verilməsi Rusiyaya qarşı təcavüz aktıdır: “Əslində, Ukraynanın Rusiya Federasiyasının sərhədyanı rayonlarını atəşə tutması Moskvaya bütün tərəfdaşları ilə əməkdaşlıq etmək hüququ verir. Beləliklə, indi Rusiya ilə KXDR arasında hərbi texnikanın tədarükündən tutmuş birbaşa hərbi dəstəyə qədər istənilən əməkdaşlıq formatı mümkündür”.

 

ABŞ hərbi ekspertləri bildiriblər ki, indi KXDR ilə razılaşmaya əsasən, ruslar tədarük edəcəkləri xammal, texnologiya və mallar müqabilində Şimali Koreya zonasına gedə bilərlər:

 

 “Buna cavab olaraq Şimali Koreya Rusiyadan aviasiya və hava hücumundan müdafiə sistemləri istəyəcək, lakin çətin ki, bu tədarüklər dərhal olsun. Rusiya qoşunlarının isə bu növ silahlara ehtiyacı çox yüksəkdir və hasilatı artırmaq üçün vaxt lazımdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR