Aİ Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün 15 milyon avro AYIRACAQ

Aİ Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün 15 milyon avro AYIRACAQ

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) Avropa Komissiyası ilə dövlət və dayanıqlılığın gücləndirilməsi üzrə maliyyələşdirmə sazişini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Qərarın izahatında bildirilir ki, bu maliyyələşdirmə sazişinin məqsədi Ermənistanın sosial və iqtisadi dayanıqlılığına kömək etmək, xüsusən də Ermənistan hökumətinin qısa və orta müddətli problemlərinin həlli siyasətinə töhfə vermək, eləcə də onların Ermənistanda uzunmüddətli sosial-iqtisadi inteqrasiyasını təmin etmək, həmçinin Aİ-nin Ermənistanda iqtisadi və investisiya proqramının həyata keçirilməsini təşviq etməkdir.

 

Ümumi dəyəri 15 milyon avro olan layihə Aİ büdcəsindən maliyyələşdiriləcək.

 

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, bu gün onlar daha bir layihəni təsdiqləyiblər ki, bu layihəyə əsasən, Aİ Ermənistana əlavə 3 milyon avro ayıracaq. Məqsəd Ermənistan hökumətinə daha geniş islahatlar prosesində yardım etmək, eləcə də Qarabağdan gedən ermənilərin sosial-iqtisadi, xüsusən də səhiyyə, sosial müdafiə və məşğulluq strategiyalarının həyata keçirilməsinə daha çox cəlb edilməsidir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ceyhun BayramovŞalva Papuaşvili ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görü...

Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə XƏBƏRDARLIQ ETDİ

Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlük...

Türkiyə millisinin AVRO-2024-dən nə qədər gəlir əldə etdiyi açıqlandı

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatıb.   Sfera.az xəbər verir ki, Türkiyə millisi qrup mərhələsi...

"Ölüm hökmü bərpa olunmasa, silahlı cinayətlərin sayı artacaq" - Şəmsəddin Əliyev

Son zamanlar paytaxt ərazisində qeydə alınan cinayət hadisələri narahatlıq yaradır. Xüsusilə güllələnərək qətlə yetirilən polislər, ötən gün bir gəncin ölümü il...

Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü- FOTOLAR

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb. &nbs...

Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ!

İyunun 28-29-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xar...