"Sülh sazişi noyabrda Bakıda imzalana bilər" - AÇIQLAMA

“Son vaxtlar İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesində fəallıq müşahidə olunur”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti regionda sülhün alternativinin olmadığını anlayır:

 

“Bu gün həm Ermənistanın dövlətçiliyi, həm də Paşinyanın şəxsi təhlükəsizliyi təhdid altındadır. Çünki İrəvan xarici siyasət kursunda konkret xətt yeridə bilmir: Rusiyadan uzaqlaşmağa çalışsa da, bunu bacarmır. Həmçinin Qərblə, o cümlədən Fransa ilə münasibətlərin inkişafında maraqlı görünən Ermənistan bu dövlətlərə də inam olmadığını anlayır. Hər halda Qərbin Ukraynada, Gürcüstana nələr etdiyi Ermənistana yaxşı məlumdur.  Belə bir vəziyyətdə Ermənistana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun ən optimal yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.  Sülh sazişi üçün lazım olan əsas element Paşinyan hakimiyyətinin siyasi iradə göstərməsidir. Ermənistan daxilində vəziyyət kifayət qədər gərgindir. Üstəgəl, rəsmi İrəvan kənar təsirlərə də məruz qalır. Belə bir vaxtda Paşinyan və onun komandası çalışır ki, “balanslı”, ehtiyatlı davransın”.

 

Kənan Novruzov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin COP29-a qədər imzalanması nəzəri baxımdan mümkündür:

 

“Faktiki olaraq tərəflər arasında əsas mübahisəli məsələlər həllini tapıb. Həmçinin etimad mühiti də getdikcə formalaşır. Noyabra qədər üç aydan çox vaxt var. Bu müddət ərzində də bəzi məsələlərin həllini tapması və sülh sazişinin imzalanması mümkündür.  Amma bunun üçün bəzi xarici güclərin, xüsusilə Fransanın bölgəyə müdaxiləsinin qarşısı alınmalıdır. Əgər noyabrda Paşinyan Bakıya gələrsə və o zamana qədər sülh sazişi imzalanmasa, onda onun Azərbaycan lideri İlham Əliyevlə ehtimal olunan görüşündə bir çox məsələlər barədə geniş fikir mübadiləsinin aparılması mümkündür. Çox güman, belə də olacaq. Sülh sazişinin elə Bakıda imzalanması və ya sazişin əsas hissələrinin Azərbaycanda razılaşdırılması mümkündür. O vaxta kimi Paşinyan daxili auditoriyanı bu hadisəyə hazırlamağa çalışacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...