Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

 

Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

 

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.

 

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.

 

Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.

 

Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Maskalı şəxslər Göyçay sakinini döyərək pulunu ələ keçirdilər

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata ...

Üç ton çətənə bitkisi məhv edildi - RƏSMİ

Qazax rayonunda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat ...

Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”

“Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmli qlobal beynəlxalq platformal...

Yaşa görə müavinət alanların sayı 151 min nəfərdən çoxdur

2024-cü ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 151 min nəfərdən çox olub.   Dövlət Sosial Müdafiə Fondundan Sfera.az-a verilə...

Bu gün 3 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövl...

Amerika tarixində ən qalmaqallı qətl hadisəsinə rəhbərlik edən futbolçu: O. J. Simpson

Keçmiş amerikalı futbol ulduzu və aktyoru O. J. Simpson 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və sevgilisi olduğu iddia edilən Ronald Layl Qoldm...