“Xalqımız Milli Qurtuluş Gününü böyük ehtiramla qeyd edəcək” - Sahibə Qafarova

“Xalqımız Milli Qurtuluş Gününü böyük ehtiramla qeyd edəcək”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında spiker Sahibə Qafarova deyib.
“Biz illər keçdikcə Heydər Əliyevin etdiyi fədakarlığı anlayırıq. Ulu Öndər qətiyyətli iradəsi və düzgün qərarlar verə bilmək bacarığı ilə Azərbaycanı qorudu, ölkəmizi əhəmiyyətli layihələrin mərkəzinə çevirdi. Müasir, müstəqil Azərbaycan Heydər Əliyevin məhsuludur. O, həm də bugünkü parlamentin də banisidir. Bu çox qürurverici haldır ki, Ulu Öndər məhz bu parlamentdə siyasətə qayıdıb. Prezident İlham Əliyev sayəsində Azərbaycan dünyada səsi eşidilən dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın başçılığı ilə əldə edilən möhtəşəm qələbələr nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri qarşıya qoyulan vəzifələri bundan sonra da yerinə yetirməyə imkan verəcək. Azərbaycan dövləti bundan sonra da var olacaq. Ümumilli liderin dediyi kimi, əbədi yaşayacaq”,- spiker bildirib.
Firuzə Əliyeva