"Qurtuluş günü Azərbaycan iqtisadiyyatının tənəzzüldən çıxdığı gündür” - Deputat

Siyasət
10:44 / 14.06.2024
1875
“Sabah Azərbaycan xalqı tarixinin ən şanlı bayramlarından birini qeyd edəcək”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən növbədənkənar plenar iclasında deputat Vüqar Bayramov deyib.
“Bu hadisə sadəcə siyasətə yox, həm də iqtisadiyyata öz təsirlərini göstərdi. Belə ki, iqtisadiyyat 1.3 faiz böyüdü, sonrakı makro göstəricilərin də yaxşılaşması müşahidə olundu. 1993-cü ildə büdcə 100 milyon manat idisə, bu gün müzakirə etdiyimiz büdcə 36 milyard manatdan çoxdur, xərclər isə 40 milyard manata çatıb. 1993-cü ildə ÜDM həcmi 375 milyon idi, bu gün isə 123 milyarddan artıqdır. Rəqəmlər və qısa müddətdə iqtisadi sabitliyin əldə edilməsi onu göstərir ki, qurtuluş günü iqtisadiyyatın tənəzzüldən çıxdığı gündür”.
Firuzə Əliyeva