ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir: \"Şübhəsiz ki, qarşıdakı aylarda...\"

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir: \

ABŞ Rusiyanın əsas maliyyə axınlarını hədəf seçib. Buna görə də ABŞ Maliyyə Nazirliyi Moskva Birja Qrupuna və onun klirinq agentinə qarşı sanksiyalar elan edib.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

 

"Rəsmi Vaşinqton bununla Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən maliyyə axınlarına nəzarət etmək istəyir. Bu isə Moskva Birjasında dollar və avro ticarətinin dayandırılmasına səbəb olub. Rusiyada ajiotajın yaranmaması üçün Mərkəzi Bank şirkətləri fiziki şəxslərin Rusiya bankları vasitəsilə dollar və avro alqı-satqısını davam etdirə biləcəklərini açıqlayıb. Görünən odur ki, Rusiya Mərkəzi Bankı sanksiyaların müxtəlif təsirlərini modelləşdirərək bu cür ssenarilərə hazırlaşıb. Lakin ABŞ-nin əlində yetəri qədər alətlər olduğu üçün şübhəsiz ki, qarşıdakı aylarda daha yeni sanksiya mexanizmləri tətbiq ediləcəkdir".

 

Eldəniz Əmirov qeyd edib ki, ayrı-ayrı ölkələr öz daxilində gizli iqtisadiyyatın çəkisini azaltmağa çalışsalar da qlobal dünya çapında bu baş vermir.

 

“Əksinə, getdikcə gizli razılaşmalar, gizli müştəri və təhcizatçılarla xüsusi maliyyə əməliyyatları, mürəkkəb dolaşdırıcı konfiqurasiyalar artır. Bu isə hazırki məqamda Rusiyaya sanksiyalardan yayınaraq ixrac-idxal əməliyyatlarını həyata keçirməyə, ordu təhcizatını dayandırmamağa və müharibəni davam etdirməsinə kömək edir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR