Logo

GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib

GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan Respublikası rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda GUAM çərçivəsində əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində işçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca "GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR