Putin Şimali Koreyaya niyə gedəcək? - Markov AÇIQLADI

Putin Şimali Koreyaya niyə gedəcək? - Markov AÇIQLADI

Rusiyalı politoloq Sergey Markov özünün Telegram kanalında Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya niyə gedəcəyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Markovun fikrincə, Rusiya prezidentinin Şimali Koreyaya səfəri mərmi və tikinti işçiləri ilə bağlı ola bilər.

 

“Koreyadan milyonlarla mərmi almaq və inşaat işçiləri ilə bağlı ola bilər".

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Vladimir Putinin yaxın vaxtlarda Vyetnam və KXDR-dəki həmkarlarını ziyarət edəcəyi ilə bağlı mediada yayılan məlumatları şərh edib.

 

Peskov bildirib ki, prezidentin xarici səfərləri Kremldə xarici tərəfdaşlarla razılaşdırıldıqdan sonra elan edilir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR