"Ukrayna özünü bərpa edə bilməyəcək, çünki..." - Azarovdan HƏYƏCAN TƏBİLİ

Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədə bərpa olunmaz itkiləri 500 min nəfəri ötüb. 


Sfera.az xəbər verir ki, bu barədə ölkənin keçmiş Baş naziri Nikolay Azarov Telegram kanalında bildirib.

 

Onun sözlərinə görə, bu rəqəm tezliklə bir milyon nəfərə çatacaq və Ukrayna özünü bərpa edə bilməyəcək. O qeyd edib ki, hazırda ölkədə gənc oğlanlar azdır, 40 yaşlı vətəndaşlar isə 20 yaşlı ukraynalılardan iki dəfə çoxdur.

 

O əlavə edib ki, artıq Ukraynadakı münaqişənin nəticələri gələcək nəsildə də özünü göstərəcək, çünki ölkədə doğum səviyyəsi demək olar ki, iki dəfə azalıb. Sabiq Baş nazirin proqnozlarına görə, 2035-2037-ci illərdə 18 yaşadək əhalinin xüsusi çəkisi 1993-cü ildəki 25 faizlə müqayisədə 12-15 faiz təşkil edəcək. O hesab edir ki, münaqişə nə qədər uzun davam etsə, Ukraynada demoqrafik boşluq bir o qədər güclənəcək.

 


Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...