Paşinyan COP29-da iştirak üçün 3 şərt İRƏLİ SÜRDÜ - Bakının reaksiyası nə olacaq?

Paşinyan COP29-da iştirak üçün 3 şərt İRƏLİ SÜRDÜ - Bakının reaksiyası nə olacaq?

Noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak edib-etməyəcəyi müzakirə olunur. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan isə Paşinyanın Bakıya səfər edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, qarşı tərəf bu haqda xəbərləri təkzib etsə də, bu, mümkündür.

 

Onun sözlərinə görə, Bakı və İrəvanın COP29 tədbirinə qədər sülh sazişinə irəliləyiş əldə etməsi gözlənilən ssenarilərdəndir:

 

“Nə Bakı, nə də İrəvan məsələyə soyuq yanaşır. Noyabra qədər sülh sazişi ilə bağlı irəliləyiş olarsa, Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır. Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər. Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Belə bir dəvətdən imtina onun sülhə qarşı olduğu imicini yarada bilər. Çünki noyabra qədər sülh sazişi ilə bağlı irəliləyişin əldə edilməsi və COP29-da Ermənistan liderinin iştirakını beynəlxalq oyunçular istəyir”.

 

Ekspert bildirib ki, bunu anlayan Paşinyan Bakıya səfəri üçün yeni şərt irəli sürür:

 

“Bakıda həbsdə olan ermənilər noyabra qədər azad edilsə, Ermənistanın COP29 tədbirində Baş nazir səviyyəsində iştirakı müzakirə edilə bilər. Bu şərt rəsmi İrəvan tərəfindən yox, hakimiyyətə yaxın media tərəfindən ortaya atılıb. İstisna deyil ki, rəsmi İrəvanın tezisləri əsasında hazırlanıb. Ermənistan hakimiyyətinin bu “şərti”nin bir neçə hədəfi var. Birincisi, COP29-da iştirakdan imtinasını beynəlxalq ictimai rəydə əsaslandırmağa və bununla “sülhə qarşı” olmadığını göstərməyə çalışır. İkincisi, beynəlxalq diqqəti Bakıda həbsdə olan cinayətkar ermənilərə yönəltmək istəyir və COP29-u onların buraxılması üçün fürsət olaraq görür.  Üçüncüsü, həbsdə olan ermənilərin azad edilməsinə nail olarsa, daxili ictimai rəydə xal qazana bilər.

 

Mümkündür ki, COP29 tədbirinə qədər Ermənistanın bu “şərti” rəsmi səviyyədə irəli sürülə bilər. Azərbaycanın separatçılar istisna olmaqla, digər ermənilərin Ermənistana təhvil verməsi də mümkün variantlardandır.  Separatçılar Paşinyanın özünə də lazım deyil”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...