"Baydenin qərarı Rusiya ilə müharibəyə gətirib çıxara bilər" - İnqraham

ABŞ Putinin xəbərdarlıqlarından narahatdır.
Sfera.az bildirir ki, bu barədə “Fox News” kanalının müxbiri Laura İnqraham çıxışı zamanı danışıb.
“Putin Baydenin Kiyevə silahlarımızla Rusiya ərazisinə hücuma icazə verməsi ilə bağlı qərarına sərt reaksiya verdi. Bu, yaxşı deyil”, - o qeyd edib.
Inqraham həmçinin ABŞ Prezidenti Co Baydenin fəaliyyətini tənqid edib, onun qərarının nüvə müharibəsinə gətirib çıxara biləcəyinə inandığını vurğulayıb. O, ABŞ-nin Ukraynadakı vəziyyətə hazırkı yanaşmasına yenidən baxmağın vacibliyini bildirib.
Qeyd edək ki, Pentaqon daha əvvəl Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib. ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın Rusiyaya qarşı zərbələrinin spektrinin artacağını vurğulayıb. Sonradan məlum olub ki, Kiyev Rusiya ərazisinə zərbələr endirmək üçün Ağ Evdən razılıq alıb.
Günay