"Qanun layihəsini tam dəstəkləyirəm və ona səs verəcəyəm” - Deputat

“Dövlət büdcəsinə yenidən baxılmağı şərtləndirən bir sıra amillər var”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında deputat Elnur Allahverdiyev deyib.


“Bu amillər əsasən faktiki makroiqtisadi göstəricilərdir. Belə ki, 2024-cü ilin 4 ayında ölkədə 38.2 milyard manatlıq ÜDM istehsal olunub ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3% artım deməkdir. ÜDM 4 ay əzində qeyri-neft sektoru üzrə 7,7 faiz artıb. Xarici ticarət hesabında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb. Xam neftin bir barelinin orta ixrac qiyməti 87.3 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan qiymətdən 27.3 dollar çoxdur. Bütün bu qeyd olunanlar büdcənin gəlirlərinin artımını şərtləndirir. 4 ay ərzində büdcə gəlirləri proqnoza qarşı 1,1 milyard manat artıb, dövlət büdcəsində 2.5 milyard manatlıq profisit qeydə alınıb.

 

Layihədən göründüyü kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq fəalliyət, ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər və digər istiqamətlər üzrə 3.8 milyard manata yaxın əlavə vəsait tələb olunur”. 

 

Millət vəkili qeyd edib ki, antiterror əməliyyatı nəticəsində təxminən 2.5 min kvadrat kilometr ərazi separatçılardan təmizlənib və hazırda orada bütün rayonlarda müvafiq strukturlar yaradılır, maddi-texniki baza qurulur. Buna görə də müvafiq xərc maddəsi üzrə ümümilikdə əlavə 807 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: 

 

“Böyük Qayıdış 1-ci Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işlərinə son 3 ildə 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin büdcəsində müvafiq istiqamət üzrə 4 milyard manat vəsait nəzərdə tutulub, lakin qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əlavə olaraq 1 milyard 160 milyon manat əlavə vəsaitin ayrılmasına ehtiyac var. Eyni zamanda, bir sıra infrastruktur layihələrinin, enerji, su təchizatı, avtomobil yolları və sair işlərin maliyyələşdirilməsinə də əlavə vəsaitin ayrılması zəruridir.Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə təqdim olunan bu Qanun layihəsini tam dəstəkləyirəm və ona səs verəcəyəm”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...