Logo

"Dövlət büdcəsi ilə bağlı qanunda dəyişiklik edilməsi zərurəti irəli sürülüb" - Sahibə Qafarova

"Dövlət büdcəsi ilə bağlı qanunda dəyişiklik edilməsi zərurəti irəli sürülüb" - Sahibə Qafarova
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bu ilin ilk 4 ayın yekununa görə, 38.2 milyard ÜDM istehsal edilib, artım 4.3 faiz təşkil edib”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında spiker Sahibə Qafarova deyib.

“Qeyri-neft gəliri 7.7 faiz təşkil edib. 2024-cü ilin ilk 4 ayı ərzində dövlət büdcəsi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çox olub. İqtisadiyyatın dinamik inkişafı məqsədilə bu ilin dövlət büdcəsi ilə bağlı qanunda dəyişiklik edilməsi zərurəti irəli sürülüb.  “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib”, - spiker qeyd edib.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR