NATO Baş katibindən Avropa ölkələrinə ÇAĞIRIŞ: "Alyansı zəiflətməyin!"

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa ölkələrini alyans çərçivəsindən kənarda öz müdafiələrini inkişaf etdirməməyə çağırıb.
Sfera.az xəbər verir ki, onun fikrincə, Aİ daxilində paralel hərbi strukturların yaradılması bloku yalnız “zəiflədəcək”.
“Mən NATO-nun funksiyalarının təkrarlanmasının əleyhinəyəm, bu, Avropanı zəiflədəcək, biz transatlantik əlaqələri pozmamaq üçün öz sənayemizi inkişaf etdirməliyik”, - NATO rəsmisi deyib.
Stoltenberq əlavə edib ki, ABŞ və Böyük Britaniyanın köməyi olmadan "köhnə dünya" sağ qala bilməyəcək. Müttəfiqlərin Avropadan kənar tərəfdaşların dəstəyinə ehtiyacı var.
Bu arada Bundestaq 500 milyard avroluq müdafiə fondunun yaradılmasını təklif edib. O, Avropa təhlükəsizliyinə təhdid şəraitində layihələri maliyyələşdirəcək.
Əzizə