Nikol Paşinyan Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək? - AÇIQLAMA

Siyasət
17:06 / 06.06.2024
4715
Noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak edib-etməyəcəyi sosial şəbəkələrdə müzakirə mövzusudur.
Sfera.az xəbər verir ki, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan Paşinyanın COP29 konfransında iştirak etmək üçün Bakıya səfər edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Mətbuat katibinin sözlərinə görə, Baş nazirin gündəliyində belə bir səfər yoxdur.
Qeyd edək ki, gündəlikdə indi belə bir səfərin olmaması qarşıdakı dövrdə olmayacağı mənasına gəlməməlidir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Nikol Paşinyanın COP29 konfransında iştirakı gözləniləndir.
Firuzə Əliyeva