"Ukraynaya gələn Fransa əsgəri Rusiya üçün qanuni hədəfidir" - Lavrov HƏDƏLƏDİ

Siyasət
16:42 / 05.06.2024
4861
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın Kiyevə əsgərlər göndərməsi ilə bağlı qərara sərt reaksiya verib.
Sfera.az bildirir ki, o, bu şəxslərin Rusiya üçün qanuni hədəfə çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Lavrov bu barədə Konqoda baş tutan mətbuat konfransında danışıb:
“Fransızların Ukraynada iş gördükləri ilə bağlı çoxlu konkret faktların olduğuna inanıram. Onların Fransa Silahlı Qüvvələrinin üzvü və ya sadəcə muzdlu olmasından asılı olmayaraq, Rusiya Silahlı Qüvvələri üçün tamamilə qanuni hədəfə çevriləcəklər”.
Qeyd edək ki, Ukraynanın Baş Qərargah rəisi Oleksandr Sirskiy ötən həftə Fransanın ukraynalı əsgərlərə təlim keçmək üçün təlimatçılar göndərəcəyini açıqlayıb.
Günay