"Putin gizli zireh geyinir, öz mühafizəçilərinə belə..." - MARAQLI İDDİA + FOTOLAR

Ukrayna ilə savaşdan sonra Rusiya Prezidenti Vladimir Putin xüsusilə dünyanın haqqında ən çox danışılan siyasi fiqurlarından biri olub. Bu dəfə müharibənin ilk günlərindən şəxsi heyəti və böyük mühafizə dəstəsinin əhatəsində olan Rusiya lideri ilə bağlı maraqlı fikirlər irəli sürülüb.  

 

Sfera.az bildirir ki, “The Moscow Times” nəşrinin iddialarına görə, Putin ictimai tədbirlərdə “gizli zireh” geyinməyə başlayıb. Rusiya rəsmiləri nəşrə bildiriblər ki, təhlükəsizlik komandası Rusiya liderinə bu tədbiri görməyi tövsiyə edib.

 

“Putin indi bütün açıq hava tədbirlərində poladdan olan jilet geyinməyə başlayıb. Rusiya lideri builki Qələbə Günü paradında iştirakı zamanı da açıq-aydın “gizli jilet”dən istifadə etmişdi. Ancaq buna ehtiyac olduğunu düşünmürəm”, - rəsmi mənbələrdən biri qəzetə açıqlamasında bildirib.

 

“The Moscow Times” sözügedən tarixi bu cür xatırladıb: “Putin 9 May hərbi paradında generalları salamlayarkən görüntülənib. Onun generalları salamladığı video var. Orada 71 yaşlı liderin bədən hərəkətləri diqqət çəkib. Belə ki, Putin bir neçə dəfə sağ çiyninin ətrafında nəyisə düzəltməyə çalışıb”.

 

İddia olunur ki, Vladimir Putin bütün ictimai və xüsusilə açıq hava tədbirlərində “gizli zireh”i  məhz öldürülməkdən qorxuduğu üçün istifadə edir.

 

Təhlükəsizlik üzrə ekspert Ceyd Miller nəşrə açıqlamasında bildirib:

 

“Putinin yuxarı bədən quruluşu qeyri-təbii görünür, çiyinləri olduqca geniş və kvadrat formadadır, arxa və çiyin sümükləri isə normaldan fərqlidir. Fikrimcə, o, paradda iştirak edərkən hansısa formada qoruyucu geyinib”.

 

 

Rusiya qəzetinin yazdığına görə, Putin 2023-cü ildən gülləkeçirməz jilet geyinməyə başlayıb. Bu, Rusiya liderinin sui-qəsddən qorxduğuna dair ilk xəbərlər deyil. Sentyabrda Putinin keçmiş mühafizəçisi Vitali Brijati  “TV Rain” telekanalına müsahibəsində demişdi ki, Putin bir vaxtlar şəxsi çimərliyində sui-qəsdçilərin olduğuna inandığı üçün silahlı dalğıcları işə götürüb.

 

Ekvadora sığınan Vitali həmçinin bildirib: "Putin çox paranoyakdır,  öz mühafizəçilərinə belə tam etibar etməyə bilər, çünki Rusiya lideri tez-tez harada olması barədə öz təhlükəsizlik xidməti işçilərinə də yalan məlumat verir”.

 

Günay Rəsulqızı

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...