"Zəngilan, Laçın, Ağdərə, Füzuli və Şuşada bələdiyyə orqanları yaradılacaq" - Zahid Oruc

Vətən müharibəsində Qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında deyib.
O bildirib ki, son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.
Firuzə Əliyeva