Logo

XİN başçısı: "İraq və Suriyadan 500-dən çox uşaq və qadın Azərbaycana gətirilib"

XİN başçısı: "İraq və Suriyadan 500-dən çox uşaq və qadın Azərbaycana gətirilib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Münaqişə zonalarındakı (İraq və Suriya - red) düşərgələrdə saxlanılan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası dayanmadan həyata keçirilir.

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu istiqamətdə Azərbaycanın 15 dövlət qurumu birgə fəaliyyət göstərir: "Ötən gün Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu, kifayət qədər asan olmayan bir prosesdir. Son illər ərzində 500-dən artıq Azərbaycan vətəndaşı olan qadın və uşaq ölkəyə gətirilib".

C.Bayramov bildirib ki, hələ də orada saxlanılan insanlar var: "Onların sayını deməkdə çətinlik çəkərəm. Ona görə də bu işlər dayanmadan həyata keçirilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR