Bayden Ukrayna ilə bağlı sammitə QATILMAYACAQ

Siyasət
16:32 / 04.06.2024
1889
ABŞ Prezidenti Co Bayden İsveçrədə Ukraynaya həsr olunmuş sammitdə iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ-ni vitse-prezident Kamala Harris və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təmsil edəcək.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini Sülh Sammitində iştirak etmək üçün İsveçrəyə getməyə çağırıb.
Qeyd edək ki, iki gün davam edəcək yüksək səviyyəli sammitdə iştirakçılar Ukraynada sülhə nail olmağın yollarını axtaracaqlar.
Firuzə Əliyeva