Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradovla vida mərasimi KEÇİRİLİR

Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradovla vida mərasimi KEÇİRİLİR
Kateqoriya məlum deyil
T

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Yeni Sudur kəndində ailəsinə təhvil verilib.

 

Hazırda şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Zakir Minad oğlu Muradov 1971-ci il aprelin 25-də Xaçmaz rayonunun Yeni Sudur kəndində anadan olub. O, 1992-ci il noyabrın 9-da Ağdərə rayonunda itkin düşüb.

 

Z.Muradov Yeni Sudur kənd qəbiristanlığında dəfn olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR