Ermənistan XİN başçısı: "Ankara ilə sağlam dialoq aparılır"

Kateqoriya məlum deyil
T
Ermənistanla Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə bilib.
Sfera.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrası ilə bağlı keçirilən dinləmələr zamanı deyib.
“Bizim Türkiyə ilə bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmamız var. Beynəlxalq aləmdə razılaşmaların necə həyata keçirildiyini görməyin vaxtı çatıb”, - o bildirib.
A.Mirzoyan əlavə edib ki, Türkiyə ilə çox sağlam dialoq aparılır.






