Saxta əlillik təyin edilməsi faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Saxta əlillik təyin edilməsi faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Göygöl rayon sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə Sfera.az-a Göygöl rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Göygöl rayon sakini Murad Məhərrəmova qanunsuz yolla əlillik təyin olunması ilə bağlı daxil olmuş vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

 

“Araşdırma zamanı Murad Məhərrəmovun “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar və ambulator müalicə olunmadığı halda, guya 19.05.2016-cı il tarixdən 11.07.2016-cı il tarixədək “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda stasionar müalicədə olmasını göstərən xəstəlik tarixindən saxta çıxarışı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etməsinə, qeyd olunan tibb müəssisəsinin həkim məsləhət komissiyasının, eləcə də 24 saylı Goranboy Tibbi-Sosial Ekspert Komissiyasının həmin vaxt çalışan vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Murad Məhərrəmova qanunsuz əlillik dərəcəsi təyin etmək məqsədilə müvafiq tibbi sənədləri mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməsinə və nəticədə vətəndaşa 05.10.2016-cı il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən 17 min manatdan artıq pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib”.

 

Qurumdan həmçinin əlavə olunub ki, faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...