FHN şəhid övladları üçün “açıq qapı günü” keçirdi - FOTOLAR

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirdi - FOTOLAR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladı olan uşaqlar üçün “açıq qapı günü” keçirilib.

 

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən natiqlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 30 ilə yaxın müddətdə düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad olunduğunu fəxarət hissi ilə qeyd ediblər. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin tarixi qəhrəmanlıqları heç zaman unudulmayacaq.

 

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

 

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.

 

 








OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...