Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu KEÇİRİLDİ

Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu KEÇİRİLDİ

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin Üçüncü Beynəlxalq Forumu keçirilib.

 

Sfera.az xəbər verir ki, Forumda türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təmsilçiləri, eləcə də Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.

 

Forum çərçivəsində idarə heyətinin iclası keçirilib və mühüm qərarlar qəbul edilib. Forumda qiymətləndirmə sektorunda qlobal problemlər müzakirə olunub, ortaq türk qiymətləndirmə standartları barədə müzakirələr aparılıb. Bildirilib ki, bu müzakirələrdə səsləndirilən fikirlərin nəticəsində müəyyən adımlar atılacaq.

 

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının yaradılması ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçirilən zirvə görüşündə bu razılıq rəsmi şəkildə qəbul edilib və bundan təxminən bir ay sonra Qazaxıstanda təsis konfransı keçirilib. Bundan öncə də Ankara və Türküstan şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin birinci və ikinci forumları baş tutub.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...