"Baydenin Ukraynaya verdiyi icazə seçkilərdə Trampın əlini gücləndirəcək" - ŞƏRH

“Baydenin Ukraynaya ABŞ silahlarından Rusiya ərazisində istifadəyə icazə verməsi ilə bağlı iddialar informasiya müharibəsinin tərkib hissəsi də ola bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, bu mənada yazılanlara etibarlı mənbə kimi yanaşmaq doğru olmaz:

 

“Hər halda bu barədə hələ ki heç bir rəsmi açıqlama yoxdur. Ağ Evin Ukraynanın ABŞ istehsallı silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi o deməkdir ki, Vaşinqton Moskva ilə birbaşa toqquşmaya və hətta nüvə silahının tətbiqinə hazırdır. Bayden prezident seçkiləri ərəfəsində belə bir qərar verməklə tərəfdarlarının sayını artıra və beynəlxalq ictimaiyyət arasında azalan nüfuzunu bərpa etməyə çalışa bilər. Hərçənd Respublikaçıların və bu partiyanın əsas namizədlərindən biri olan keçmiş dövlət başçısı Donald Trampın Baydenin mümkün sözügedən qərarından öz xeyrinə istifadə edəcəyi və qarşı tərəfi ittiham edəcəyi də şübhəsizdir”.

 

Müsahibimiz xatırladıb ki, Rusiya son zamanlar ən ali səviyyədə sülhə hazır olduğunu deyir:

 

“Ukrayna isə hələ ki bu təklifə yaxın durmur. Aydın məsələdir ki, Kiyev Vaşinqtonun təsiri ilə belə davranır. Amma ola bilsin, Ağ Evdə düşünürlər ki, Amerika silahları ilə Rusiya ərazisinə zərbələrin endirilməsi Moskvanın ritorikasına təsir edər və ehtimal olunan razılığın qarşısını ala bilər. Beləliklə, savaş nəinki uzanacaq, həm də yeni, daha mürəkkəb fazaya keçəcək. İddialara inansaq, deyə bilərik ki, zərbə obyektlərini və silahlardan necə istifadə etməyi də ABŞ müəyyənləşdirəcək. Bu isə o deməkdir ki, Ukrayna artıq müstəqil deyil. Ağ Ev bütün hallarda Ukraynanı deyil, öz maraqlarını düşünür. Deməli, hansı addımın atılmasından asılı olmayaraq, Kiyev qurban rolunu oynamağa davam edəcək”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....