Milli Məclisin növbədənkənar xüsusi sessiyası ÇAĞIRILDI

Milli Məclisin növbədənkənar xüsusi sessiyası ÇAĞIRILDI

Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.

 

Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

 

Spiker Sahibə Qafarova bildlrib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

 

Qeyd edilib ki, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi haqqında məlumat veriləcək.Növbədənkənar sessiya başa çatdıqdan sonra isə millət vəkilləri iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restor...