Ukraynanın bu il itirdiyi torpaq sahəsi AÇIQLANDI: 35 mindən çox hərbçi və... - RƏSMİ

Siyasət
13:30 / 31.05.2024
12872
2024-cü ilin əvvəlindən Ukrayna qoşunları 880 kvadrat kilometr torpaq sahəsini itirib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı yeni müdafiə naziri Andrey Belousov açıqlayıb.
Nazir bu haqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclasında danışıb. O bildirib ki, Xarkov vilayətində başlanan yeni əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 8-9 km geri çəkilib və Rusiya ordusu 28 yaşayış məntəqəsini ələ keçirib.
Rusiya müdafiə naziri iddia edib ki, yalnız mayda Ukrayna Silahlı Qüvvələri 35 mindən çox hərbçi və 2700-dən çox silah itirib.
Vasif