"Zelenski mayın 21-dən fırıldaqçıya çevrilib” - Ukraynanın sabiq Baş naziri

Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov bildirib ki, ölkə prezidenti Volodimir Zelenski mayın 20-dən sonra legitimliyini itirib. 

 

Sfera.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

 

"Ümumiyyətlə, seçki qanunvericiliyi və Ukrayna Konstitusiyası ilə tanış olan hər kəs üçün tamamilə aydındır ki, Zelenski mayın 21-dən fırıldaqçıya çevrilib”, - Azarov bildirib.

 

Mayın 29-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna qanunvericiliyinin dəfələrlə pozulduğunu deyib.

 

Mayın 28-də isə Rusiya lideri Vladimir Putin bildirib ki, Volodimir Zelenski, çox güman ki, artıq Ukraynanın qanuni prezidenti sayıla bilməz. Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb və Ukraynada hərbi vəziyyətə görə yeni seçkilər ləğv edilib.

 

Putinin sözlərinə görə, Ukrayna qanunvericiliyində səlahiyyətin Radanın sədrinə keçməsi nəzərdə tutulur. Moskva bu məsələni vacib hesab edir, çünki sülh sazişləri yalnız qanuni hökumətlə imzalana bilər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Bu ödənişlər artırılır - RƏSMİ

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi ...

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...