"ABŞ Rusiya ilə müharibəyə başlaya bilər, çünki..." - GÖZLƏNİLMƏZ İDDİA

“ABŞ Prezidenti Co Bayden ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində reytinqini yüksəltmək üçün Rusiya ilə müharibəyə getmək istəyə bilər”.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ-nin Pulitzer mükafatı laureatı, jurnalist Seymur Herş “Davidekyo” kanalına müsahibəsində bildirib.

 

“Co Bayden administrasiyasının üzvləri qeyd ediblər ki, Linkoln və Ruzvelt kimi müharibələrdə qalib gələn prezidentlər daha məşhur olurlar. Beləliklə, müharibə görmüş prezident həmişə müharibədə olmayandan daha yaxşı reytinq alır”, - jurnalist bildirib.

 

Aprelin sonunda Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünün bərpası ilə bağlı Konqresin qəbul etdiyi qanun layihəsini imzalayıb. Paketin dəyəri 95 milyard dollardır ki, bunun 61 milyard dolları Ukrayna üçün ayrılıb.

 

ABŞ Dövlət katibi Antoni Blinkenin yaydığı bəyanatda deyilir ki, bu, Baydenin milli təhlükəsizlik əlavəsini imzaladıqdan sonra icazə verdiyi beşinci təhlükəsizlik yardım paketidir. Blinkenin sözlərinə görə, əvvəlki paketlərə daxil olan silahlar artıq Kiyevə təhvil verilib. Vaşinqton bildirib ki , yeni yardımı mümkün qədər tez göndərəcək.

 

Rusiya Prezidenti Vladimir Putin bir daha bəyan edib ki, Ukraynaya daha çox silah göndərilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, sadəcə olaraq, münaqişəni uzadacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...