Blinken: "ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyir"

Blinken:

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində görülən işləri alqışlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bu ölkənin dövlət katibi Antoni Blinkenin Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

 

Onun sözlərinə görə, ABŞ Bakı və İrəvanın bütün Cənubi Qafqaz regionunun xeyrinə olacaq münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır: “Biz uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifə açmaq və daha yaxşı gələcək qurmaq üçün bu səyləri dəstəkləməyə hazırıq. Biz bütün regiona iqtisadi fayda gətirəcək bu məqsədə nail olmağa tam sadiqik. Azərbaycanın müstəqilliyinə həsr olunmuş bu mühüm bayramda mən ABŞ-nin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...