Zelenskini "qoruyan" İKİ XAİN: Qətlin planı ilə bağlı detallar MEDİAYA SIZDI 

Zelenskini

Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik xidmətinin iki polkovniki - Andrey Quk (əslən Rusiya) və Aleksandr Derkaç  Volodimir Zelenskinin, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və Hərbi Kəşfiyyatın başçısı Kirill Budanovun qətlini planlaşdırıblar.

 

Sfera.az bildirir ki, "Times" bu barədə Ukrayna əks-kəşfiyyatının yüksək rütbəli zabitindən alınan məlumatlara istinadən xəbər yayıb.

 

Budanovun konvoyunun koordinatları raket zərbəsi ilə məhv edilmək üçün Rusiya tərəfinə ötürülməli imiş.  Raket atıldıqdan sonra pilotsuz təyyarələr hücumun nəticələrini qeyd etməli və lazım gələrsə, sağ qalanları məhv etməli idi. Quk və Derkaç eyni zamanda general-leytenant Vasili Malyuk, eləcə də Zelenskinin özünü də izləyib və barələrində Rusiya tərəfinə məlumat ötürüblər.

 

Fotoda: Vasili Malyuk

 

 

Fotoda: Kirill Budanov

 

Nəşrin həmsöhbətinin sözlərinə görə, bir neçə ay ərzində şübhəlilərin müşahidəsi aparılıb.

 

Xatırladaq ki, bundan əvvəl Ukraynanın dövlət təhlükəsizlik idarələrindən birinin rəhbəri Andrey Qukun mayın əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən saxlanıldığı barədə məlumat verilib.Məmur dövlətə xəyanətdə şübhəli bilinib. Təhlükəsizlik qüvvələri onu bir sıra qorunan şəxslər, o cümlədən prezident Volodimir Zelenski haqqında məlumat toplamaqda və ötürməkdə ittiham edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...